Payızda Azərbaycanda gəzməli görməli yerlərə sizinlə baxaq – Part I
Payız fotolarına Gədəbəydən başlayaq🍁🍂 Mətn və foto: İrada Gadirova
Buraları ilk dəfə 2016-cı ilin iyununda görmüşdüm. Yaşılın ən gözəl çalarlarında idi🌿🍀🌱🍃
Sonra qışda Dəyəqarabulağın nağılına düşmüşdüm.
Bu dəfə yarpaqların rəng “festivalına” düşdüm.
Məkan: Cınqaralı (Nağılar) kəndi.
Postumuzda isə Payızın havasını əsdirməkdə davam edirik🍂🍁🍂🍁🍂
Gədəbəy, II hissə
Gədəbəy, III hissə.
Hər şey bir yana, səhərləri belə yerlərdə açmaq ən gözəlidir 🍁🍂🍁
İndi yəqin saralar buralar. Bu, sentyabr çəkilişidir🍁
Azerbaycanda gezmeli yerler:
Bir də sakit yağış və payız işığı ilə fərqlənən mövsümi Bakı var🍂🍁🍂🍁❤
Payız bir əfsanədir… Azerbaycanda gezmeli yerler – Bakı şəhəri
Rayonlarda gəzməli yerlər
İndi hansısa şirin Astara kəndində də yağış yağır məsələn🏡🍃🍀🌿☘
Təbiətin dərdini təbiət bilər. Dincəlməyə ehtiyacı olan göl dərdini dağlara dedi, dağlar da Qrızda qarladı😂
Dünən Qrıza qəşəng qar yağıb. Odur ki, gölə dinclik verib “Qrız şəlaləsinə ilk qarlı tur” edin və ya bu ilk uğrunda mübarizəyə girişin😄 Unutmayın, şəlalə mağara içindədir😄
Kanyona da hamınız birdən yol almayın. Susay yolundan istifadə edin. Sizə də xoş, təbiətə də xoş 😂
Keçmiş payız fotoları🍁🍂🍁🍂
Qaranohur gölü.
Hər yer sənət əsəridir sanki🍁🍂🍁
“Biogarden“, Şəki☘
Şəkiyə gəlib “Karvansaradan başqa nə görək? desəniz, mütləq qaydada özünüzü @biogarden.az -a atın. Şəkiyə çatmamış (yazıya çathaçatda) yolun solunda Öyrət kəndində 8 ha ərazidə yerli sakin Etibar müəllim tərəfindən salınmış çox gözəl bir yerdir. Təsərrüfat ərazisidir. Bağdır, bostandır, torpaqdır, həyatdır🍃🍀🌿☘
Son 4 ildə yaradılmış təsərrüfat bu gün yerli və xarici qonaqları qəbul etməkdədir. Təsərrüfat gəzilərkən qonaqlar özləri meyvə yığa və ya yığdırıb ala bilərlər.
Özümüz də dadına baxdıq. Çox dadlıdır.
Giriş yerli ziyarətçilər üçün 5 Azn, xarici vətəndaşlar üçün 8 Azn təşkil edir.
@biogarden.az -da mer-meyvələrlə yanaşı ən çox söyüdlü ağaclar əhatəsində olan, qu quşları və sonalarla zəngin su nehrini sevdim. Çox huzurlu bir yerdir.
Yay aylarında turistik mövsümdə qonaqlara o nehir ətrafında çay süfrəsi də təşkil edilir🍀🌿🍃☘
Lənkərandakı @citrusvalley_lankaran -dan sonra tanış olduğumuz Biogarden Şəki çox təqdirəlayiqdir bir yerdir.
Payız Şəkiyə yaraşır🍁🍂
Sakit dolaşıb ağaclardan düşən yarpaqları seyr etmək hüznlü və huzurludur🍁🍂
“Bal evi“, Ləkit 🍯
Ən maraqlı hisslərdən biri xəyalını qurduğun hadisələrin baş verməsidir. Hər zaman hansısa bir aqro sahənin tərkib hissəsi olmaq, təsərrüfatda iştirak etmək və bununla yanaşı dincəlmək – həm mənəvi, həm fiziki- maraqlı gəlirdi mənə. Avropada bu təcrübə çox yaxşı şəkildə həyata keçirilir.
Artıq bizdə də özəklər var. Qaxın Ləkit kəndindəki “Bal evi” onlardan biridir. Ləkitə Mamırlı şəlalə adına getdiyinizdə ilk bura dəyməyiniz, daha sonra “7kilsə” və “dairəvi məbəd”i ziyarət edib daha sonra şəlaləyə getməyinizi tövsiyyə edərdim🤗
Ləkitdə “Bal evi”nin təsərrüfat sahəsinin ən maraqlı hissəsi kiçik çay nehrinin bu tərəfidir…İlahi🤲
☘🍃🌿🍀
“Huzur” sözünün bütün hərflərini burada hiss etmək olur.
Qonaqlama (gecə qalmaq kimi) hələ yoxdur. Amma “çaya qonaq etmək” var.
“Özünü pis hiss etdikdə təbiətə qulaq ver. Dünyanın səssizliyi milion gərəksiz sözdən daha yaxşş sakitləşdirir” demiş Konfutsiy baba.
Yəqin bunu deyəndə elə belə yerdə olub çox güman🍁🍂
tags: azerbaycanda gezmeli yerler azerbaycanin gezmeli yerleri azərbaycanda gəzməli yerlər azərbaycanın gəzməli yerləri rayonlarda gezmeli yerler rayonlada gəzməli yerlər Azerbaycan Gezilecek Yerler