Qəbələ Nic kəndi. 2018-ci ilin avqust ayında Nic kəndində “Azərbaycan Udi ocağı” yaradılır. 200-dən çox yaşı olan evin əsasında yaradılmış etnoqrafik-muzey Qəbələni ziyarət etdikdə mütləq gəlib görülməli yerdir. Niyə?
1) Udilərin ötən əsrlərdəki yaşayışa “toxunmuş” oluruq -buradakı əşyalar, otaqlar vasitəsilə;
2)özlüyündə bu konseptdə yaradılmış tək-tük maraqlı etnoqrafik-muzeylərdən biridir (Bakıda Qala etnoqrafik-muzeyin təbii hissəsi kimi);
3)həyətində ekskursiyadan sonra bir stəkan dadlı çay içmək üçün😊 (gül suyu ilə birlikdə).
Giriş 2 AZN təşkil edir✔
Mətn və foto: https://www.instagram.com/irada_gadirova/
Həmçinin oxu:
📌 Qebele nohur gol 📌
0 Comments