Şuşaya necə getmək olar? 🟠
Dünəndən stori və postlara gələn suallardan bəlli olur ki çoxları bundan xəbərsizdir
Əslində bloqer olaraq dekabr ayında Şuşaya getməyə dəvət almışdım, amma səfər müddətində xaricdə idim deyə gedə bilmədim.
Sonra dövlət tərəfindən həm Ağdam, həm də Şuşaya avtobusla səfərlər başladı. Mən may ayını gözlədim ki hər yan yaşıl olsun. Şuşaya yolumuzqarabağa.az sayından bilet alıb adi vətəndaş kimi getmişdim.

Həmçinin bax 📌

, ,

Şuşaya bilet almaq

Şuşaya necə getmək olar? Şuşaya biletlər

Bilet qiymətləri aya və günə görə dəyişə bilər dəqiq qiymətlər rəsmi saytında


Beləliklə bilet almaq üçün əsas qeydlər 🟠
– Bilet almaq üçün yolumuzqarabağa.az saytından qeydiyatdan keçməlisiniz, özünüzlə birgə yalnız 5 nəfərə bilet ala bilərsiniz;
– Biletləri yalnız Azərbaycan vətandaşları ala bilir;
– Hər ay sonu növbəti ay üçün (dəqiq tarix elan olunur) həm Şuşa, həm də Ağdama həftə sonu biletləri satışa çıxır və çox tez bitir (15 dəq bitdi təxmini). Bu aydan cümə günləri də getmək mümkündür.
– Bilet almaq üçün e-mail, şəxsiyyət vəsiqəsinin seriyası, FİN nömrə və mobil nömrəsi daxil edilməlidir. Vaksin olmadığı təqdirdə bilet almaq olmur (digər şəxslərin də vaksin yoxdursa bilet almaq olmur).
– Sonda kartla online ödəniş edirsiniz. Şuşaya gediş-dönüş bileti 20.80 AZN-dir.
– Həmçinin Füzuli Əhmədbəyli kəndindən də bilet alıb getmək olur. Qiymət 14 AZN dir. Burdan Şuşaya yol təxmini 2 saatdır. Bakıdan yol 6 saatdır, əgər yol uzaqdır deyirsinizsə Əhmədbəylidən bilet alıb gecəni Füzuli və ya Beyləqanda qala bilərsiniz.
-Şəhid ailələrinə bilet pulsuzdur.
Səfər barədə:
– 6:00da Avtovağzalda qeydiyat başlayır, 6:30da avtobus yola düşür.
– Əhmədbəyli (Füzuli) 30 dəqiqəlik fasilə verilir (həm gediş, həm dönüşdə). Burada kafedə çay içə, yemək yeyə bilərsiniz.
– Füzulidə polislər tərəfindən şəxsiyyət vəsiqəsi yoxlanılır, 1 polis əməkdaşı avtobusda olur və avtobusu polis korteji müşaiyət edir. Postları çəkmək qadağandır.
– 12:30-da Şuşaya çatdıq, öncə Şuşa qalası, Güllələnmiş heykəllər ziyarət edildi, daha sonra gəzərək Yuxarı Gövhərağa məscidinə (hazırda təmirdədir, içəri girmək olmur), Bülbülün evinə gedildi. Son istiqamət Cıdır düzü və Vaqifin məqbərəsidir. Ən son Qoçət restoranında 30 dəqiqəlik yemək fasiləsi verildi.
– Şuşalı olanlar sərbəst şəkildə gəzə və öz evlərinə gedə bilərlər.

Şuşada gəzməli yerlər

🌿 Getdiyimiz yerlər:
🔸Qala divarları
🔸Xan qızı Natəvanın evi
🔸Bülbülün evi
🔸Vaqifin məqbərəsi
🔸Yuxarı Gövhərağa məscidi
🔸Aşağı Gövhərağa məscidi
🔸Cıdır düzü
🔸Vəəəə Şuşadakı evimiz ❤️ Evini o halda görməyi heç kimə arzulamaram. Ümid edirəm bundan sonra xoş günlər görərik ancaq.

Şuşaya necə getmək olar? Şuşaya biletlər
Şuşaya necə getmək olar? Şuşaya biletlər
Şuşaya necə getmək olar? Şuşaya biletlər

Mənbə: https://www.instagram.com/seyahetsever/

📚 Həmçinin oxu: Bakıda gəzməli yerlər | Bakıda muzeylər | Rayonlarda gəzməli yerlər