Tək səyahət zamanı bilməli olduğunuz 10 məqam ❗
1️⃣ Öncədən hava limanından otelinizə necə gedəcəyinizi müəyyən edin
2️⃣ Otel ünvanını həm telefona, həm də kağıza qeyd edin
3️⃣ Telefona offline xəritə yükləyin. Misal üçün mənim xilaskarım olan maps.me 😍
4️⃣Gecə saatlarında qaranlıq küçələrə üz tutmayın! Yolu uzadın amma qeyri müəyyən kəsdirmə yollara üz tutmayın!
5️⃣Tək kluba gedib nə gəldi, kiminlə gəldi içməyin. Biraz ehtiyyatlı davranın sözsüz məkan və insanlara görə qiymətləndirib.
6️⃣Səyahət çantanızı heçkəsə tapşırıb getməyin!
7️⃣Coachsurfing ilə qalacağınıza halda mütləq əlavə kiməsə məlumat verin ünvan,maşının nömrəsi, ev sahibinin telefon nömrəsi refiqənizə və ya dostunuza göndərin. Mamanıza göndərib yazıq qadını dəli etməyin!!!
8️⃣Şəkillərinizi və videolarını çəkən olmayacaq buna psixoloji hazır olun 😂
9️⃣İntrovertsizsə darixacaqsınız və ya yalnızlığınızdan hər zamankı kimi zövq alacaqsınız. Amma aşırı məsləhət görərdim biraz özünüzə əziyyət verib yeni insanlar ilə ünsiyyətə cəht edin və bu fərqli hissləri kəşf edin eynən fərqli mədəniyyəti də 🙏
🔟Psixoloji hazır olun ki, bashiniza nə gəlsə həll etmək yalnız sizin əlinizdə olacaq 😁 Asan səslənir mənə görə sizə xorxulu gələ bilər! Amma ilk tək səyahətdən çixaracağınız ən böyük dərs istənilən problemin sərbəst və operativ həlli yolunu tapmaq olacaq 😎
🤔İndi isə ruslar demiş А Вам Слабо ?
Mənbə: Jalə Ələkbərova
📚 Həmçinin oxu: Abu Dabi gəzməli yerləri – İstanbulda gəzməli yerlər – Bakıda parklar