ATBA idarə heyəti ilə Lənkəran səfərimizin ikinci günündə Qızılağac Milli Parkına səfər etdik. Lənkəranda olan digər Milli Park – Hirkandan fərqli olaraq Qızılağac Milli Parkında meşə tipli deyil, bataqlıq və sahil tiplidir. Ərazisi 99 min hektardır. Bu park daha çox flaminqoları ilə məşhurdur. Düzdür, biz orda olan zaman flaminqoları görmədik, amma digər bataqlıq quşları və köçəri ördəkləri gördük. Parka giriş 2 AZN təşkil edir. Ərazisi böyük, havası isə təmiz olduğu üçün burda dağ velosipedləri ilə və ya piyada yaxşı vaxt keçirə bilərsiniz.
Paylaşdı: Azər İsmayıl @azikiss.me
@azerbaijan_travel_bloggers
Həmçinin oxu:
🔆 Naxcivanin gezmeli yerleri 🔆
🔆 Qebele nohur gol 🔆
0 Comments