Naxcivan gezmeli yerleri

Bu postumuzda 2 səyahət bloggerin gözündən naxcıvanın gəzməli yerlərini sizinlə kəşf edəciyik. Onlardan biri Leyla Həsənzadə digəri İradə Qədirovadır

Post: Leyla Həsənzadə

📬Why Nakhchivan: / Niyə Naxçıvan?
Burada UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında təkçə türbələr deyil həmçinin Naxçıvanın ənənəvi qrup rəqsləri də yer alır. 😁😍 Naxçıvanın 14 il fəth olunmayan Əlincə Qalası, Quran ayələrində bəhs olunan Əshabi-kəhf mağarası isə buranı daha da çox möcüzəli edir 💙

📬What to eat: / Milli mətbəxi:😋

  • Ballı qayğanaqdır
  • Qoz mürəbbəsi
  • Sirab və Badamlı suları
  • Arzuman küftəsi
  • Cəviz küftəsi və sairə

📬Where to go:/ Haraları gəzək: 🧩

  • Əshabi-kəhf
  • Əlincə qala
  • Duzdağ
  • Ordubadın Pəzməri şəlaləsi
  • Kükü kəndinin Gürbulaq şəlaləsi
  • Qarabağlar türbəsi
  • Möminə Xatın türbəsi
  • Gəmiqaya
  • Batabat yaylası
  • Zor bulaq
  • Üzən ada
  • Şeyx Nəiminin türbəsi 
  • Yusif ibn küseyr türbəsi
  • Naxçıvan bazarı
  • Naxçıvan Xalça muzeyi
  • Hüseyn Cavidin ev muzeyi və türbəsi
  • Naxçıvan “Xan Sarayı”  
  • Naxçıvanqala (içərisində Nuh peyğəmbərin məzarüstü türbəsi), və Açıq Səma Altında Muzey Kompleksi
naxcivanda gezmeli yerler - naxçıvanda gəzməli yerlər
naxcivanda gezmeli yerler - naxçıvanda gəzməli yerlər
naxcivanda gezmeli yerler - naxçıvanda gəzməli yerlər

Post: İradə Qədirova

Səfər öncəsi “Naxçıvana 15 gün” dediyimdə “orada 15 gün nə edəcəksiniz?” deyə təəccüblü sual aldım. Lakin bu 15 gün ərzində bəlli oldu ki, hələ bir 15 gün də əlavə ola bilərdi😃

Naxçıvan səfəri boyunca Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Şərur, Culfa, Kəngərli rayonlarına səfər edib, onların maddi-mədəni irsi və təbiətini çəkmiş oldum.

Gəzməli görməli yerləri sistemləşdirirəm:

1. Naxçıvan ş.

  • Xan sarayı,
  • Möminə xatun türbəsi,
  • Əcəmi seyrangahı,
  • Yusif ibn Küseyr türbəsi,
  • Bayraq meydanı,
  • Nuh peyğəmbər türbəsi,
  • Naxçıvan tarixi qala,
  • Muzeylər. Qeyd: bütün muzeylərə giriş pulsuzdur ✔

2. Babək r.

  • Əshabü Kəhf
  • Atçılıq mərkəzi

3. Culfa r.

  • Əlincə qalası (giriş pulsuzdur)
  • F.Nəiminin məzarl olan Xanəgah
  • Bənəniyar gölü və oradan Haçadağın görüntüsü.
  • Culfanın Mars kimi tanınan dağları var. Yolboyu sizi müşayiət edəcək.

Qeyd: eyni günə Əlincə qalası, Xanəgah və Əshabü Kəhfi sala bilərsiniz. Mən tərsinə etdim, yandım. Siz getsəniz, səhər ertədən qalaya gedin. 9da açılır. Oradan Xanəgaha keçin, qalanın arxasındadır və sonra da Əshabü Kəhf.

4. Kəngərli r.

  • Qarabağlar türbəsi. Orta əsr memarlığının ən möhtəşəm nümunəsidir və mütləq ziyarət ediıməlidir.

5. Şərur r.

  • Mənim qrafikim bir az çılğın qrafik idi. Hər bir halda sizin üçün də yazım. Bəlkə qalxmaq istəyərsiniz:
  • Oğlanqala. E.Ə. II-I minilliyə aid qədim şəhərin təpə üzərində qalıqlarıdır. Oradan Ağrıdağa və Arpaçay su anbarına möhtəşəm görüntü açılır.
  • Yuxarı Yaycı kəndi, Ağzirət piri. Əslində bura qədim dövlərə aid mağaradır. Və əgər ki, günortadan sonraya salsanız, dağlar və mağara fonunda ecazkar günbatışı rənglərinə şahidlik edəcəksiniz.
  • Arpaçay Su anbarı.

6. Şahbuz r.

  • Batabat. Bir azdan bütün gül-çiçəklərin açacağı vaxt olacaq.
  • Ağbulaq. Batabat yolundadır. Burada Azərbaycanın 3-cü böyük kanat mərkəzi yerləşir. Qiymətləri 5 manat, limitsiz 15 manatdır. Qışda qarda xizək mərkəzi kimi fəaliyyət göstərir, yayda isə dağlara baxmaq üçün gözəldir.

Gurbulaq şəlaləsi və Qanlıgöl. Kəndə gəlsəniz, istənilən şəxsə müraciət edib UAz istəyin. Sürücü sizə həm də elə bələdçilik etmiş olacaq. Hər bir halda müraciət etməkdəb çəkinməyin. İnsanlar xoşgörülü, qonaqpərvər və açıqdırlar.


-Keçili kəndi. Tam sərhəd kəndi olan Keçili təbii bulaq suları, yaylaqları və Ballıdüz şəlaləsi ilə seçilir. Düzdür, şəlaləni çox naxçıvanlı belə tanımır😃 kənd sakini Nəsimi bəy bələdçilik də etdi. Yolboyu ehtiyatlı olun
 Gürzələrlə doludur😃


– Vayxır gölü. Şahbuzdan Naxçıvana qayıdınca yolun solunda Vayxır gölü görsənir. Orada ayaq saxlayıb gölə, dağlara, kəndlərə açılan mənzərələr baxın.


7. Ordubad💚


Ordubad bu səfərimin zirvəsi oldu. Ürəyimdə bir ayrı yerə qoydum.
Ordubadda şəhərin özü ilə sizə yarım gün vaxt bəs edəcək. Qeysəriyyə, Cümə məscidi, Meydan, Yusif Məmmədəliyevin və Ordubadinin ev muzeyi, tarixi çinarlarla tanış olduqdan, Dübəndidə və Mirinin çay evində çay içdikdən sonra yollanın kəndlərə:

  • Nüsnüs. Asfalt yollu kənddə tarixi hamam var. 
  • Gənzə. Elə mənzərələr, yolboyu açılan görüntülər nəyə deyirsən dəyər.
  • Pəzməri💚2 möhtəşəm şəlaləsi var. Birjnciyə getmək asandır, digəri üçün 40 dəqiqəlik bir hikinq lazım olacaq. Lakin mütləq gedilməli və görülməlidir.
  • Göygöl. 💚 4 gözəl kənddən keçməklə Göygölə gedilir. Lakin bunun üçün icazə alınmalıdır. Çünki hərbi hissə ərazisindən keçilir. 
  • Gəmiqaya. Qapıcıq və Gəmiqaya dağları ətəyində, Qaranquş yaylağında yerləşən Gəmiqaya petroqlifləri dünya əhəmiyyətli maddi-mədəni irsimizdir. Minilliklərə dayanan yaşı olan Gəmiqaya petroqlifləri açıq səma altında muzeydir.
  • Naxçıvan eyni zamanda sağlamlıq turizminin əsas istiqamətlərindən biridir. Burada Duzdağ kimi mağara, Darıdağ müalicəvi mərkəzlər nəyə deyirsən dəyər. Birincidə astma, bronxial xəstəliklər, ikincidə isə mineral sulu hamamda sinir və digər xəstəliklər müalicə edilir.

Mətn və foto: İrada Gadirova

naxcivan gezmeli yerleri
naxcivan gezmeli yerleri
naxcivan gezmeli yerleri
naxcivan gezmeli yerleri
naxcivan gezmeli yerleri
naxcivan gezmeli yerleri

📚 Digər postlar: Qebele nohur gol | Qəbələ Nic kəndi | Qubada gezmeli yerler

📌 naxcivanda gezmeli yerler naxcivanin gezmeli yerleri naxçıvanda gəzməli yerlər naxcivan gezmeli yerleri


0 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.