qubada gezmeli yerler
Qubanın ən gəzməli yerləri haradır?🧐
Həftəsonu Qubanı kəşf etməyə yola düşdük. Biri birindən gözəl mənzərələri qarşımızda açılırdı 😍
Qərara gəldim ki sizin üçün Qubanın ən gəzməli yerləri haqqında yazım☺️ Save edin getsəniz mütləq gəzin 😉💯
Qubanın ən gəzməli yerləri:
📍Qrız kəndi, Qurqur şəlaləsi
Qrız kəndindən dağ maşınları ilə sonra isə piyada təqribi 1 saatlıq hiking edərək şəlaləyə çatmaq olar. Peşman olmazsız☺️ Suyu qışda donanda da möhtəşəm görünür💯
📍Aleksandr Dümanın yuyunduğu hamam- Çuxur hamam
Vaxtilə bu hamamda Aleksandr Düma yuyunub, ondan 150 il sonra isə buraya yazıçının nəticəsi gəlib. Hamam 1985-ci ilədək işləyib və hazırda Şərq memarlığının bu incisi tarixi abidə kimi qorunur.
📍 Tağlı körpü
1851-ci ildə Qudyalçay çayı üzərində taxta körpü tikilib, lakin onun ömrü çox qısa olub. Körpü memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
📍 Ölkənin ilk Cümə məscidlərindən biri – XIX əsrin əvvəllərində inşa edilən qədim Cümə məscidi Qubada yerləşir.
📍 Qırmızı Qəsəbə – yəhudi kəndi
Hüseynəli xana və Fətəli xana borcludurlar. Yəhudilərin buraya köçü Nadir şahın hakimiyyəti dövründə (1736-1747) baş verib. Qubanın fəthindən sonra Nadir şahla birgə gələn yəhudilər Qələdüz və Küpçal kəndləri arasındakı ərazidə yerləşdirilib.
📍 Xınalıq kəndi – açıq səma altında muzey
Hər il yenidən bura gələn almanlar, hollandlar, fransızlar, amerikalılar Xınalıq dilini öyrənməyə cəhd edirlər. 😁 Bu kənd UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Xınalığı açıq səma altında muzeyə bənzədirəm.
Daha ətraflı məlumat blogger: 𝓛𝓮𝓲𝓵𝓪 𝓗𝓪𝓼𝓪𝓷𝔃𝓪𝓭𝓮𝓱
Həmçini oxu: 🟢 Rayonlarda gezmeli yerler Sım, Astara | 🟢 Qubada hiking üçün hara getmək olar? | 🟢 Naxcivan gezmeli yerleri | 🟢 Bakida gezmeli yerler
0 Comments